Günahkarın Ölümü – Zümrüd Yağmur


(Dr. Zümrüd Yağmur)

Diktatorlara ithaf…

O bu günahlarla ölmeye bele qorxurdu, buz parcası kimi icinde donub qayaya dönmüş qelbi batdığı günahların ağırlığı altında inildeye – inildeye döyünürdü ve ona ele gelirdi ki, divardan asılmış saat dayananda qelbi de onunla birlikde tükenecek. Buza dönmüş qelbinin derinliklerinde emin idi ki, qelbi bu saatla ekiz kimidir ya da onu günaha batıran, buz parcasına cevirən zamanın göstericisi olan bu saat idi. İllər uzunu, bu dünyada yaşadığı vaxtdan bu saat işleyirdi, zamanı eridirdi. Zaman saatın eqreblerinde eridikce o da eriyirdi, evezinde günahları artırdı və son vaxtlar hiss edirdi ki, onun özündən daha hec nə qalmayıb, qalan elə günahlarıdır. Her şeyi, hetta damarlarındakı qan da günah idi, bele olmasaydı, üreyi bu qanla işleye bilmezdi.

Daha tək- tənha qalmışdı. Arvadı coxdan ölmüşdü, övladlari da coxdan ondan üz döndermişdilər, ya da onun günahlarından diksinib getmişdilər. Qoca bunu düşündükce ölüm xofu onu basırdı. Bu qelble, bu gunahlarla hara gedəcəkdi?… Gözlemekden başqa caresi yoxdu. Her defe otağa girib-cıxanda zamanı eriden saatın dayanmadan işleyən eqreblerine hesretle baxırdı. Zamanın, bu saat eqrebinin ucunda eriyen anların hec neden qorxusu yox idi, o ise adi saata vahimesiz baxa bilmirdi.

Qocanın qelbi boşaldığı kimi evi, heyeti də boşalmışdı. Eynen ici kimi heyetini de çoktak tikan basmışdi, arvadının sağlığında cicekleyen ağaclar coxdan qurumuşdu, toyuq-cücenin sesi de coxdan kesilmişdi. Bütün günü evde tek oturub xarabaya cevrilmiş heyete cıxıb meqsedsiz fırlanmaqdan cana doymuşdu, küceye cıxmağasa xecalet cekirdi. Qonşular onunla salamlaşmırdı. Oturub söhbet edib təsbeh cevirən, onu görendə üzünü yan tutan qocaların gülüşünü eşidendə az qalırdı üreyi partlasın. Nisgil, peşimancılıq göz yaşına cevrilib tük basmış üzünə süzülürdü. “Gör ne etdim, ne etdim?” sualından başqa bir qınaq tapa bilməyib başını bulaya-bulaya kol-kosların arasında fırlanırdı, gün batandasa üzünü ovxalaya-ovxalaya doyunca ağlayıb eski yorğanını üstüne cekib gözlerini berk-berk qapayırdı. Bilirdi ki, öləndən sonra en azı iki-üc gün ondan hec kim xeber tutmayacaqdı. Yeqin erzaq almağa getdiyi dukanın sahibi duyuq düşüb övladlarına xeber verecekdi. Övladlar da elgözüne defn edib onu bir defelik unudacaqdı.

Amma son vaxtlar bunları düşünmürdü daha. Indiye qeder fikirleşmedikləri düşüncelerini işğal etmişdi. Elə indi, yaz gecesində de erken uzandığı yatağında son vaxtlar düşündüklerini fikirleşirdi. “ Ay Allah men ele günahlar etmişem ki, senden ne ise dilemeye , arzu etmeyə üzüm yoxdur, bağışlanmamı dilemeyese xecalet cekirem. Son illere qeder etdiklerim. Camaata cekdirdiklerim, hele sene xor baxmam… of, ne kadar rezil adammışam… Öz elimle öz evimi yıxdım, indi budur tekem, sokağa cıxmağa üzüm yoxdur. Hamı hele çoldedir. Mense bu istide girmişem eve… Hara gedim, kimin yanına? Bir üz qoymuşam ki… Lanetlenmiş adamamam men, bu kadar ezab cekdiyime baxmayaraq Allahın da rehmi gelmir mene… Hec olmasa indi, lanete layiq olduğumu anladığım vaxtda bir sans vereydi mene, kimese yaxşılıq edib yüngülleşeydim. Men her şeyden mehkum olmuşam, Allah da meni xatırlamaq istemir, niye də xatırlasın, men özümden iyrenirem…Ay Allah. Nece oldu ki, bele quduz oldum men…” Yaşayıb geride buraxdığı ömür yene saatın eqrebinde, geri dönmüş zamanın anlarında gözleri önünde canlandı. Bedenine soyuq ter geldi, havanın istisine baxmayaraq üşümeye başladı. Büzüşüb yumağa döndü, eşinin ağlar siması xeyalına geldi, qalxıb yatağında oturdu, hereketsiz qalıb başını sinesine eydi.

Son vaxtlar lap arıqlamışdı, ciyinleri sallanırdı, damarları cıxmılş ellerini dizlerinin üstüne qoyub donuq nezerlerini namelum noqteye zilledi. Hec ne düşüne bilmirdi. Ele bil beyni, bütün ici boşalmışdı. Amma eşinin siması gözleri önünde idi. Daha doğrusu, ele bil başının üstündə durmuşdu. Eşinin nezerlerini üzerinde hiss edib üşendi, daha biraz da büzüşüb eyildi. Titreşen barmaqlarını seyrellmiş saclarının arasına soxub başını sıxdı. eşi ölende cavan idi, yazığı o cerledib öldurmüşdü. Onun etdiklerine göre eziyyet cekirdi. Xecaletinden adam arasına cıxmazdı. Gözleri de hemişe nəmli olardı, nece defe gizlince ağladığını görmüşdü, amma hec vaxt da ehemiyyet vermemişdi. O zamanlar ağlamaq, xecalet hissi ona yad idi, yaxşılıq etmek kimi…Eşi ilə danışırmış kimi ucadan şikayetlenmeyə başladı. “Sen tez, cavan ölsen de menden bextever adamsan, ömründe bir adama bir kelme ağır söz dememişdin, ancaq menim günahlarımın ezabını sen cekirdin.Vallah, sen bextever adamsan, men bedabaxtsa ölmeyə bele qorhuram, ne edim, ölmeye de üzüm yoxdur. Bu günahlarla nece ölüm? Deyirler filankes ölende it kimi öldü. Men bedbext hec it kimi de öle bilmirem, ne edim. Belke sen bir yol gösteresen… Hec olmasa sen bağışla , Allahda dilemeyə üzüm yoxdur,hec olmasa sen bağışla”- deyib eşini adı ilə cağırıb hönkürdü. eşinin xeyalı yox oldu. Lap üşendi, ici ezabla doldu. “ Hec bu da bağışlamadı, cekilib getdi, dileyen kimi getdi, ay Allah, ay Allah”… Tekrar edə- edə üzü üste düşdü.

Seher acılanda onun ücün hec ne deyişmemişdi, başı daş kimi idi, hec ne fikirleşe bilmirdi. Geceni yata bilmediyinden yorğun qalxdı, iştahsız yediyi seher yemeyinin süfresini çırpıb təkrar eve girdi. Saat işleyirdi və qocaya ele geldi ki, onun sesi deyişib, başqalaşıb, amma tez də özüne etiraz etdi. “Yox, saat da, sesi de ele evvelkidir, deyişen menem, evveller üreyim xarab idi, indi de başım xarab olur.” Qoca yene bayıra çıxdı, gün tezece qalxmışdı. Evveller gec qalxardı,günortaya qeder yatıb doyardı. Sonra hec üzüne baxmadığı eşinin hazırladığını yeyib növbeti emellerle günaha batmağa yollanardı. “ O kadar azğınlaşmışdım ki, son vaxtlar bişirdiklerini, açdığı süfreleri beyenmirdim. Bah, qınımı beyenmirdim, axırı da bele…” fikirleşib yene heyeti fırlandı, indi taze başlayan günü yola salmaq dehşeti, darıxmağın nisgili onu gözleyirdi, yuxuya gedene kadar emelli başlı ezab cekecekdi, oradan durub, bura oturacaqdı. Gah eli qoynunda namelum noqteye dikdiyi gözlerinden axan göz yaşlarını sile-sile başını bulayacaqdı, gah da durub otura-otura günü ötürmeyə calışacaqdı.

Gün günortadan eyilmişdi, qoca evde darıxıb onun kimi qocalıb koğuşlaşmış ağacın kölgesinde oturmaq ücün elindeki döşekceni yere atıb eyleşmek istedi, amma gözüne sataşan narın parıltıya ehtiyatla dikeldi. Parıldayan ilan yumrulanıb ağacan koğuşunda yatırdı, qoca onu duyuq salacağından endişelenib sakitce geri çekildi, dönüb uzaqlaşdı.Evə girib oturdu, nə kadar bele qaldı bilmedi, amma düşünceden ayılanda neyise itireceyinden qorxan adam kimi bayıra çıxdı, ehtiyatla ağaca yaxınlaşdı, ilanı tekrar görüb sevinen kimi oldu: “Şükür, şükür, gör bir ne vaxtdır canlı görmürem, ilan olanda ne olar, Allahın yaratdığıdır …Ele bu havada ilan da ac- susuz olar, ne olar ilandır, ne olsun” fikirlerini tez-tez tekrarlayıb telesik eve döndü, bir qab su, bir tike çörekle geri qayıtdı, yere atdığı yastığın yanına qoydu. İlan duyuq düşmüşdü, haça dilini çıxardıb süyüldedi.Qoca uzaqdan durub ona baxırdı. İlan yastığa teref sürünüb su dolu qaba yaxınlaşdı, azca yastı başını qaldırıb sudan içdi, yubanmadan qıvrıla -qıvrıla gözden itdi. Nezerleri ile gözden itene kadar ilanı izleyen qocanın üzünde, güzlerinde sevinc oynaşırdı, çoxdan idi bele sevinmirdi, ona ele gelirdi Allah onun yalvarışlarını eşidib yaxşılıq etmek şansı vermişdi ona…Bu isti yaz günlerinde ilanında üreyi sudan ötrü yanırmış, şükr sene, şükr, heç olmasa neyinsə, kiminse işine yaradım, yanan üreyinə su tökdüm, ilanda heyvandır, Allah yaradıb…Allah nə etsin. Elə günahkaram ki, ilandan başqa heç kim menim elimden heç ne yeyib içmez”. Sevincinden bir yerde dura bilmeyib heyetde var gel etdi, biraz da heyacanlı idi, hem de içinde xecalet hissi vardı, özünden utanırdı. Öz veziyetini, ömründe bir yaxşılıq etmediyini xatırladıqca az qalırdı başın döyüb ağlasın.

İndi, tek tenha gündüzleri darıxanda, geceleri qorxudan ezab çekende birden –bre liana bir udum su vermekle yaxşılıq etmeyin gözel olduğunu, qelbinin nece yüngülleşdiyini hiss etmişdi ve ele indice də anlamışdı ki eslinde o, həyatını heç etmişdi. Ele ona göre ölümünün de kimse üçün deyeri olmayacaqdı.

Qoca axşam düşende eve girib bir tike cörek yedi, ele bil iştahı bir az acılmışdı, dişsız damağı da cöreyi yaxşı ezirdi deyesen… Evvelki kimi saata da tez-tez baxmırdı, ilanı düşünendə lezzetle fikileşirdi ki, yəqin indi susuzluqdan eziyyet cekmir, rahat yatır. Özü de onun sayesinde…

Yatağına girib rahat uzandı. Coxdan duymadığı rahatlığı duyub şirin-şirin gülümsündü, sonra da ilanın sabah da gelmesini Allahdan dileye-dileye yuxuya getdi. Səher yene erken qalxdı, özünü gümrah hiss edirdi, her gün ağrıyan başı bu seher sakit idi. Qoca gunortaya kadar heyeti gezib dolandı, fikri ağacın yanında idi, uzaqdan bir nece defe boylanıb ilanın gelib- gelmediyini yoxlamışdı, amma hale ilan göze deymirdi. Su ilə doldurduğu qabı “ birden su az olar, ice bilmez” telaşa ilə tekrar-tekrar doldurub vurnuxurdu. Nehayet yorulub kenarda, iri daşın üstünde oturub başını deyeneyine söykedi. “ İlahi, deyesən hec ilan da menim elimden su icmek istemir. Oy, oy, gör ne qeder murdar adamam , Allah. Menim günahlarımdan kec, Allahım” düşüncesini hönkürtüsü kesdi. Göz yaşları saqqalına süzülüb üz-gözünü islatdı, etdiklerini, töretdiyi emelleri tekrar xatırlayıb qorxdu, xecaletden dizləri büküldü. Bağışlanmasını dilediyine peşmanladı. “ Meni niye bağışlamalıdır, indi bu güne düşüb Allahdan yapışmışam, başqa olsaydı, Allahı yene xatırlamayacaqdım. Beleyem men, doğulanda bele doğulmuşam, lenetə tuş gelmişem… Adam olan sehv de eder, yaxşılıq da … Men yox, men adam deyilem, vessalam!” Doyunca ağlayıb elinin arxası ilə üz-gözünü silib dikeldi. Gözləri ixtiyarsız su dolu qaba dikeldi. Bu anda qocanın üzünde ümid dolu bir ezab vardı, dodaqları yuxaru dartılmaşdı, gözlerindeki keder bütün vücudu, oturuşu, hereketsizliyinde donub qalmışdı sanki… Birden dikelib qaşlarını catıb gözlerini qıydı, üzüne sezilecek bir işıq geldi, qoca qaba yaxınlaşan ilanı görüb onu duyuq salacağından ehtiyatlanırmış kimi hereketsiz qaldı. İlan qaba yaxınlaşıb arxayın –arxayın su icmeye başladı, doyub gəldiyi yolla geri qayıtdı. İlan gözden iten kimi qoca qaba yaxınlaşıb uşaq kimi sevine-sevine qaba baxıb xeyli orada dayandı, sonra eve girib qapını arxasınca bağladı.

Artıq bir hefteden cox idi ki, ilan hər gün heyete gelirdi, qoca da bütün diqqetini, qayğısını bu liana yöneltmişdi. Qoca emellice dircelmişdi. Elə bil kalbi günahlarin ağırlığından yüngülleşmişdi bir az…Susuz ilanı sulamaq şansını ona vermiş Allaha minnetdar idi. Amma bir yandan ezabı da artmışdı, indi, ölümünə az qalmış bir vaxtda başa düşmüşdü ki, yaxşılıq etmek cox gözelmiş və həyatını başqa cür yaşadığına heyfsilenirdi. kalbinin derinliklerinde yaxşılıq edenlere hesed hiss edirdi və bundan tekrar gunaha batacağından qorxa-qorxa bu duyğunu qelbinden cıxarmaq ücün dua edirdi. İndi de dua ede -ede saata baxırdı, işleyirdi, amma qocanın vahimesi azalmışdı, birden ne düşündüse saata yaxınlaşıb yellenen kefkirini tutub saxladı. Saatın eqrebi titreşib daytandı. Eslində qoca öz hereketini özü də anlamamışdı. “ Men onda bedbext olmuşam ki, her şeyi gec anlamışam, amma əvvel de bilə bilerdim ki, ölümün günah qorxusu, vahimesi var, bilerdim ki, bu dünyanın yükünü qorxusuz daşımağın yolu yaxşılıqdan kecir” düşündükleri rüzgar kimi beyninden kecdi. Birden ilanı xatırlayıb celd bayıra cıxdı. Bu gün hava cox sıcak idi və qoca qaba yaxınlaşıb dolu olmasına baxmayaraq, yene su ilə doldurub geri qayıtdı. Hemenki yerinde oturub gözlemeye başladı, onun hesabına göre ilan bir azdan gelmeli idi. Amma ilan hele göze deymirdi ve vaxt ötdükce qoca daha da heyacanlanırdı, üzündeki sevinc de yavaş-yavaş ölmeye başlayırdı. Köks ötürüb bir az dikeldi, ilanı görmeyib yene gözlemek qerarına geldi.

Həmin andasa qocanın görmediyi ilan qabdan bir az kenardakı ağacın yarpaqları arasından qocaya göz qoyurdu. İlan başını yumurladığı bedeninin ustune qoyub qocanın üzünde hər an bir az ölen sevinci gördükce ilan üreyi ile ona acısa da merhemet etmeyi düşünmürdü, amma qocanın halına yanırdı, cünki bu günler erzinde suyunu icdiyi qocanın nece deyişib dirceldiyini gördükce insanoğlunun halına hem teccüblenmişdi, hem de yanmışdı. İndi qocaya baxdıqca ilan olduğuna sevindi. ”Yaradan ne yaxşı ilan yaradıb meni, insan olub bir liana su vermeklə günahlarını yuduğunu zenn etmekdense ilan olub bütün bunlardan uzaq olmaq daha yaxşıdır. Ay bedbext, men ilan idim, sancıb öldürürdüm ki, ac qalmayım, yada bununla özümü qoruduğumu zan edirdim, sene nə düşmüşdü ne olmuşdu ki , işin başqalarına zülm etmək idi? Vallah, size mat qalasıdır, sizi başa düşmək olmur, bir-birinize qenim kesilmisiniz, ilan deyilsiniz, amma çalmağa fürset axtarırsınız, sizin etdiklerinizi, töretdiyinizi, günahları men etseydim özüm özümü sancıb öldürerdim.Oturub meni gözleyirsen, mene su vermeyi yaxşılıq sayırsan, ele bilirsen su qehetdir? Senin verdiyin su bir ilanın zeherini artırmaq üçündür. Bir udum suyu haradan olsa tapıb içecerem. Amma görünür yaradan bele buyurub, O kadar yalvarıb sızladın ki, lütfükarın merhemeti meni sene gönderdi, ne etsin kim yaxın düşər senin kimisine, ele gerek soyuq ilan olasan ki, senin kimisinin günahlarından diksinmeyesen. Amma ilan olanda ne olar, men de ezab çekirem senin kimisinin elinden su içmeye. Siz insanlardan cana doymuşam, bu dünyanın başına ne oyun açmısınız, yaxşılığı ne güne salıb xırdalamısınız ki, liana su vermek yaxşılıq olub.Gör ne güne düşmüsünüz ki, bir-birinize pulsuz –parasız mezar bele qazmırsınız.” İlan düşündüklerine ara verib başını dikeltdi, qocanı nezerdən keçirdi, açılıb qıvrıla-qıvrıla ireli süründü.

Qoca ilanı görüb dikeldi, üzüne sevinc qondu, ümüd dolmuş gözleri ile liana nezer yetirdi, ilan asta-asta sürünüb qaba çatdı, bir qədər yubandı, sonra qocaya taraf süründü. Qoca təlaşlandı. “ niyə icmedi. Bəlke suyu görmedi, yox qab doludir. Bəs nə oldu?“düşünüb qalxmaq istedi, amma ele bil hansısa bir qüvve çiyinlerinden basıb onu hereket etmeye qoymadı, ilan ona catmağa az qalmış dayanıb dikeldi ve qocaya ele geldi ki, ilanla göz-göze geldi. “ Vay, gör ne dünya imiş. Yaxşııllıq etdiyim öldürəcək meni, suyumdan icen sancaşaqmış meni” fikirler beynindən kecdi. İlan ona catıb ətrafında fırlandı ve qoca sehv etdiyini anladı, “ilan olan bele öldürmez adamı, bu ilan deyil, men ilana su vermemişəm, öz ölümümü sulamışam, bu vaxt erzinde ölümmüş meni ümidlendiren. Allah ölüme yaxşılıq etmek şansı verib mene. Başqa yolun yoxmuş senin İlahi, o kadar günahım var ki, ölümü ilan edib elimle su icirtmisen ki, yaxşılığı daddırasan mene…” ayağında hiss etdiyi sancı düşüncelerini yarımçıq kesdi. Bir azdan beyninin söndüyünü hiss etmeye başladı, amma üreyi hele işleyirdi. Saatı xatırlamağa ancaq macal tapdı ve ilanın sürünüb quyruğu ilə qabı aşırdığını dumanlı şəkildə gördü. Taqətsizleşdi, ilan gözden itene kadar onu izlədi. Hele ölmemişdi, qalxıb eve kecmek istedi, amma gucu yox idi. Başa düşdü ki, o bu dünyada cox şeyi etmək şansını itirdiyi kimi evde, sakit, doğmalarının əhatesinde dünyasını deyişmek şansını da itirib. Bunu düşündükce boğazına yığılan qeher onsuz da cətin aldığı nefesini daha da cetinleşdirdi, yan üstə düşüb hereketsiz qaldı.

İlansa göze deymirdi.

Dr.

Sınavlara Hazırlık Arama Robotu
YGS & LYS TEOG KPSS TUS KPDS Ehliyet Sınavı PMYO JANA

Seçim esnek olup ilgili alanları seçiniz, Örneğin ehliyet sınavı için branş olarak matematik seçmeyiniz :)