Ana Sayfa » Türkoloji Makaleleri » …Türkoloji Makaleleri…
9


Makaleleri…
(Lütfen bir bölüm seçiniz…)

Yeni Türk Dili
Eski Türk Dili
Dilbilim
Yeni Türk Edebiyatı
Eski Türk Edebiyatı
Dil Sorunları
Genel

 

 

Yeni eklenecektir…

 

Not: Makalelerin tamamına yakını, “Çukurova Ü. Türkoloji Ar. Mer.” nden alınmıştır.



İle Yorum Yap!
9 Yorum Var.
Metin Karadağ | 9 Ekim 2007 - 09:07 | Bağlantı

Hizmetiniz için teşekkürler. Öğrencilerimize son derece yararlı bir site olurturmuşsunuz. Fakat Halk Edebiyatı ile ilgili kaynaklar niçin yok?
Teşekkür ederim.

Bilgicik | 9 Ekim 2007 - 11:24 | Bağlantı

Hazırlamaya çalıştığımız bu ağ sayfasının yararlı olabileceğini düşünmeniz, beni sevindirdi.

Sayfanın yönetimiyle genellikle tek başıma ilgilendiğim için, her konuya uygun kaynakları paylaşmak gerçekten mümkün olmuyor. Ama yapılacaklar listesine bu konuyu da ekliyorum.

İlginiz için teşekkürler…

zeynep | 5 Kasım 2007 - 20:54 | Bağlantı

Teknoloji çok büyük bir şey. Bunun içinde böyle bir site oluşturmanız çok güzel.

edebiyatçı | 16 Kasım 2007 - 12:20 | Bağlantı

Siteniz çok güzel olmuş,öğrencilerin burayı acilen keşfetmeleri lazım.

selin | 8 Mayıs 2008 - 20:53 | Bağlantı

Çok güzel bir site. Yazılı öncesi buradan bayağı bilgi edindim. Teşekkürler.

Savalan TALIBLI | 12 Ekim 2008 - 12:12 | Bağlantı

DILI qorumaq hər bir kəsin borcudur, dil namusdur, qeyrətdir, dili dövlətdə qorumalidir çunki dil dovlətin atributudur…

Dil ünsiyyət vasitəsidir. Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir. Ən çətin fikirləri ifadə etmək gücünə malikdir. Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib. Bugün müstəqil Azərbaycanımızın dövlət dili azərbaycan dilidir. Sevindirici bir hal kimi qeyd etmək istərdim ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar. Burada maraqlısı odurki, əcnəbililər, avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar, amma biz öz tarixi keçmişimizi, dogma dilimizi yaşatmaqda yox.

Yaponiyanın, amerikanın səfirləri dogma dilimizdə sərbəst danışırlar. Fikir və düşüncələrini səlis ifadə etməyi bacarır. Ən əsasda dilimizin normalarına riayət edirlər. Yaponiyanın, amerikanın səfirlərinin dilimizdə danışmaları bizləri sevindirir. Ancaq dilimizə balta vuranlara belə bir söz demək istərdim:əcnəbiləri bizim dilimizdə danışan görəndə görən həmin azərbaycanlılar xəcalət cəkirmi?, heç olmasa həmin əcnəbilərdən utanırlarmı? Bu tip insanlar özlərini necə, nə əsasa azərbaycanlı adlandırır. Çox maraqlıdı, Azərbaycanda yaşayasan, işləyəsən ancaq azərbaycanca danışmayasan.

Belə insanlara başa salmaq lazımdır ki, bura azərbaycandır, və dövlət dilidə azərbaycan dilidir. Biz nə SSR-i dönəmində yaşamırıq, nədə ki, avropada. Hamı yaşadıqı dövlətin dilində danışmalıdır.

Dilimizi qorumaq, lügətimizdə olan sözlərdən gen-bol istifadə etmək hər bir azərbaycanlının borcudur. Məndə bir azərbaycanlı kimi dilimizə laqeyid münasibəti görüb Azərbaycan Pedoqoji universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru professor Buludxan Xəlilovla görüşdüm. Dilimizdə yaşanan qaranlıqlara dilçi alim geniş aydınlıq gətirdi.

Buludxan müəllim, siz APİ-nin filologiya fakültəsində dekansınız. Dilimizin keşiyində dayanan bir alim kimi sizin bugün dilimizə yad münasibət bəsləyənlərə münasibətiniz necədir?Bugün azərbaycan dilinin işlənmə səviyyəsi nə yerdədi, və yaxud tez tez icitamiyyətdə bəzi insanlar nitqlərində əcnəbi sözlərdən istifadə edirlər. Elə insanlarla qarşılaşırıq ki, azərbaycan dilindən başqa bütün dillərdə danışırlar, ancaq yarı-yarımçıq. Dilçi alim kimi bunlara münasibərinizi bilmək istərdik.

Əvvala dogru qeyd etdiniz. Rusca, ingiliscə sözlərdən danışıq vaxtı istafadə edənlərlə tez-tez qarşılaşırıq. Daha dogrusu «zəngin lügətlərində» əcnəbi sözlərdən istifadə edən, bəzi azərbaycanlılarla. Dil bilmək gözəldi, ancaq ana dilini bilməmək, dogma dildə danışmamaq ən azından günahdır. Dilə hamının ehtiyacı var. Ü. Hacıbəyovun felyotonlarını, C. Məmmədquluzadənin və bir çox klassiklərimizin əsərlərini ana dilimizin vasitəsiylə oxuyub öyrənmişik. O klassiklər, dahilər ona görə sevilirlər ki, onlar azərbaycanca yazıb yaradıblar. Azərbaycan dilinin bütün imkanlarından istifadə ediblər. Bizlər ana dilimizə borcluyuq. Klassiklrəmizdə ana dilimizə borcludurlar. Onların əsərlərini azərbaycanca oxuyub həyatı, məişəti öyrənmişik dünya mədəniyyətinə qovuşmagın yollarını dərindən mənimsəmişik. Dil vacib bir sahədir, dilə hər bir kəsin təəsüfkeşliyi olmalıdır. Hamı namus, qeyrətə yanaşdıgı kimi dilədə belə münasibət bəsləməlidir. Dil dövlətin atributudur. Azərbaycan dilidə keçməkeşli bir yol keçib. Bu dilin qayda qanunlarını qorumaq, dili yaşatmaq hamımızın borcudur.

Müstəqillik dövründən sonra dilimizin statusu dahada genişlənib. Artıq azərbaycan dili dövlət dilidir. Azərbaycan dili vasitəsiylə dünyanın ayrı-ayrı ölkələrində rəsmi danışıqlar aparılır. Ticarət, iqtisadiyyat işləri qurulur. Dilimiz artıq beynəlxalq tribunadan səslənən bir dildir. Bunlar yaxşı kefiyyətlərdir. Biz dilimizin lügət tərkibinin təmizliyinədə fikir verməliyik. Siz məsələni köklü qoymusunuz. Dilimizin təmizlənməsi üçün bizə vaxt lazımdır. Birincisi mətbuatdan, televiziya kanallarından, radio efirlərindən başlamalıyiq. Yeri gəlmişkən deyim ki, sizin çalışdıgınız azərbaycan dövlət radiosunun xalq yaradıcılıgı redaksiyası. Bu redaksiyanın hazırladıgı verlişlərə fikir verək. «Bulaq», «Dastan saatı», «Ipək yolu», «İrəvan çuxuru». Bu verlişlərdə tarixdə, mədəniyyətdə, mənəviyyatda qorunur. Həmişə tələbələrimə azərbaycanca səlis, gözəl danışmaları üçün bu verlişləri dinləməyi məsləhət bilirəm.

Dilimizdə əcnəbi sözlərlə danışanlara, tv-radio efirlərində, mətbuatda dilimizə laqeyid münasibət bəsləyənlərə isə süni dəbdən uzaq olmaqı arzulayıram. Çünki nə varsa, mahnılardı, mugamlardı, saz havalarıdı, hamısı azərbaycan dilində sevilib seviləcəkdə. Bir sözlə dili dövlət yox, xalq qorumalıdır. Bu qəzetlərdə, tv-radio efirlərində çalışanların əksəriyyətinin jurnalistikadan xəbərləri yoxdur. Həm təhsil baximdan, həmdə mədəniyyət, qanacaq baximdan. Savadsızlıq və ədəbsizlik cəm olan yerdə çox böyük fəsadlar olur. Qəzet, jurnal, radio, televiziya ondan ötürüdürki, xalqı marifləndirsin. Əgər bugün bunlara əməl olunmursa bunun qarşısı alınmalıdır. Heç kəsin dilimizdə kənar söz işlətməyə haqqı yoxdur. Dil tribunadır, güzgüdür. Təmiz və nümunəvi olmalıdır. Qaldırdıqınız bu məsələ olduqca mənalı və məzmunludur. Özünü vətandaş hiss edən hər bir kəs dilə xidmət etməlidir. Çünki biz bu dil vasitəsiylə ünsiyyət qururuq.

Buludxan müəllim növbəti sualım əlifbayla baglıdır. Bugünə kimi biz bir neçə əlifba dəyişmişik. İlk qədim əlifbamızda bildiyiniz kimi piktoqrafik əlifbadır. Soruşmaq istəyirəm əlifbadan əlifbaya keçiddə hansı itkilərimiz olub?

Çox böyük itkilər olub. Sizə deyim ki, biz qürür hissi ilə deyə bilmərik ki, tez-tez əlifba dəyişmişik. Bu fəxr olunası deyil. Əlifbanın dəyişməsi çox böyük fəsadlar törədir. Birincisi düşüncə tərzi dəyişir, dilin qayda qanunlarında hərc-mərclik yaranır. Əlifbanın bir əsrdə bir neçə dəfə dəyişməsiylə nəsillər arasında körpü əlaqəsi sınır. Məsələn, bugün biz latın əlifbasından istifadə edirik, amma kiril əlifbasından istifadə yoxdur. Kiril əlifbasında yazılan kitablar, dəyərli əsərlər itib batır. Əlifba təkcə məktəb uşaqları üçün deyil, əlifbanı hamı öyrənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, əlifbadan əlifbaya keçid olanda əlifbanı hamı öyrənə bilmir. Yaşlı, qoca, agbirçək, agsaqqalida nəzərə almaq lazımdır. Əlifba dəyişkənliyində bu məsələləri nəzərə alıb çox ehtiyatlı olmaq lazımdır. Bugün sevindirici haldır, latın əlifbasıyla bizim cənab prezidentimizin sərancamı var, ədəbiyyat çap olunur. Bu çox gözəldir. Dilə, ədəbiyyata dövlət qaygı göstərir.

1926-cı ildə Bakıda 1-ci Türkoloji qurultay keçiriləndə vahid problem Türk xalqlarına ortaq Türk xalqlarının əlifbasıydı. Çoxlu müzakirələr aparıldı ki, ortaq Türk əlifbasını necə yaradaq?Ayrı-ayrı hərflərin üzərində, və onların qrafik işarələrində müxtəlif mübahisələr yaranmışdı. Yəni əlifba elə asan məsələ deyil. Əlifbanın dəyişməsiylə iqtisadi problemləri, mədəni problemləri həll etmiş olmuruq. Əlifba dünyaya çıxış üçün bir vasitədir. Bugün latın qrafikalı əlifbadan istifadə edirik. Yenə deyirəm bu sevindiricidir, ancaq gelin biraz keçmişinə nəzər salaq. Nə qədər ədəbiyyatlarımız bugünə kimi diqqətdən kənardı. Bir sözlə insiyənə kimi çox itkilərimiz olub.

Dünyada çinlilərin, koreyalıların, yaponların əlifbalarına nəzər yetirin. Ən çətin, ən qəliz əlifba. Ancaq bunların iqtisadi inkişaflarına baxın. Əlifba həm bəzi məsələlərin həllində vasitəçidir, həmdə vasitəçi deyil. Bütün məsələləridə əlifbanın üzərinə atmaq olmaz. Bayaq qeyd etdim, tez-tez əlifbalarımız dəyişib. Ayrı-ayrı illərdəki nə qədər yazılı abidələrimiz itib batib. Əlifbanı dəyişməkdə böyük itkilərdən biridə maliyyə itkiləridir. Dərsliklər , ədəbiyyat dəyişməli. Bunlarda vəsait tələb edir. Vəsaitdə dövlətin büdcəsindən gedir. Burdanda maliyyə itkiləri yaranır.

Buludxan müəllim bəs bugün sizin çalışdıgınız pedoqoji universitetin tələbələri necə dilimizin təmizliyindən, imkanlarından geniş istifadə edirlərmi?

Gənclik gələcəyimizdi. Təsadüfi deyilən söz deyil. Bəzən gəncliklə münasibətdə ogul ata münasibəti alınır. Ogulla ata arasında inkişaf dinamika baxımdan anlaşılmazlıq olur. Çox vaxtda şişirdib gənclik bizim arzu təkliflərimizi tam ödəmirdə deyirik. Mən bunun əlehinəyəm. Azərbaycan gəncliyi elastik bir gənclikdir. Gənclərimizi hansı istiqamətə yönəltsən, o istiqamətə gedir, uyuşur, və ugurlu nəticələr verir. Azərbaycan gəncliyi kifayət qədər potensialdır, istedadlıdır. Bilirsiniz gəncliyimiz özündən böyük nəsildən çox şey umur. Biz nəqədər düzgün faydalar versək gənclik bir o qədərdə bəhrələnəcək. Tam əminliklə deyimki bugün ki, gəncliyimiz öz tarixinidə, mədəniyyətinidə öyrənməkdə həvəslidir. Sadəcə olaraq bu həvəsə istiqamət vermək lazımdır. Bunuda deyək ki, azərbaycan gəncliyi dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz. Dünyada bugün ciddi porseslər gedir. İnformasiya. texnologiya komunikasiya vasitələrinin həyatımıza gəlməsi. Ən əsas amildir. Gəncliyimizdə bunlardan istifadə etməyi bacarır. Bu çox gözəldir. Anca bugün ki, gənclik 10-15 il bundan qabaq ki, nəsillə müqayisə oluna bilməz. Əvvəl ki, nəsil daha çox kitaba üstünlük verirdi, bugün ki gənclik isə bayaq qeyd etdiyim kimi internetə texnologiyaya. Bugün desəkki, gənclik kitab oxumur, buda dogru olmaz. Bilirsiniz bizim müasir gənclik öyrənməyə meyillidir. Buda millətin xarakterindən irəli gəlir. Sadəcə olaraq bayaqda qeyd etdiyim ki, yönləndirmək lazımdır.
Bugün mənim tələbələrim ana dilimizdə gözəl danışırlar. Bədii ədəbiyyatlar oxuyurlar, xarici ədəbiyyatla maraqlanırlar. Mən desəm ki tələbələrimdən razıyam, bu heç kimdə şübhə dogurmamalıdır.

Buludxan müəllim bir sualada cavab almaq istəyirəm:Elə görüşmüşkən soruşum. Biz kitabi Dədə Qorqud dastanını, və bir çox əski dastanlarımızı oxuyanda müqayisə etmək istəyirik. Müqayisəyə gələn isə dastanlarımızın əski variantalıriyla bügün ki variantıdır. Qədim dastanlarımızda işlənən sözlər bugün nə dilimizdə nədə dastanlarımızda yaşayır. Sözlər yalnız fərdi adamlar arasında işlənir, belə sözlərin işlənməsidə istər oxuyanda istər istəməz insanlar arasınnda çaşqınlıq yaradır. Maraqlıdır qədim dastanlarımızda ki, sözlər bugün dilimizə, lügətimizə qayıtması mümkündürmü?, və yaxud bayaq qeyd etdiyiniz ortaq Türk dilindən söhbət gedə bilərmi?

Mən deyim ki, bugün elmi ictimaiyyətdə ortaq Türk dili məsələsi müzakirə olunur. Suallarda yaranır kı, Türk dilinin lügət tərkibi hansı sözlərdən ibarət olacaq. Müxtəlif versiyalar, fərqli münasibətlər var. Sualınızda həqiqət var, bunuda qəbul etməliyik. Ortaq Türk dili yaranarkən onun lügət tərkibi ortaq abidələrimizin lügətiylə qurulmalıdır. Ortaq yazılı abidələrimizdən biridə kitabi Dədə Qorquddur. Kitabi Dədə Qorqud dastanı və bir çox ortaq dastanlarımızda kı, sözlər Türk xalqları tərəfindən yaxşı başa düşülür. Ortaq Türk dilindən söhbət gedirsə ortaq Türk xalqlarının dəyərlərindən istifadə olunmalıdır. Sualınızın ikinci hissəsinə cavab vermək istərdim. Qədim dastanlarımızda kı, sözlərin bugün dilimizdə işlənməməsini qeyd etdiniz. Bununla tam razıyam, ancaq razılaşaq ədəbi dildə işləmir. Bu cür sözlər xalqın dilindədir. Dialekt şivələrimizdədir. Bu ləhcələrimizdəki dialekt sözlərdəki kəlmələrimizi bir yerə yıgsaq bütün qədim sözlərimiz yaşayar. Sadəcə olaraq bu sözlər ədəbi dilimizdə işləmir.

Buludxan müəllim sonuncu sualımdan sonra sizə təşəkkürümü bildirmək istəyirəm. Bir gənc kimi sizdən bugün çox şey öyrəndim. Özünüz demişkən gəncliyə istiqamət vermək lazımdır. Sizin kimi ziyalıyla söhbət mənə xoş təsir bagışladı.

Sizdə çox sagolun. Dogurdanda bugünün aktual məsələsi üzərində söhbət etdik. Mənim özümədə sizin kimi bir gənclə söhbət çox xoş oldu.

Yazımın kuliminasiyası isə belə olacaq. Azərbaycan dilinin gözəlliyindən, geniş imkanlarından sizləri istifadə etməyə çagırıram.

MEHMET | 9 Ocak 2009 - 14:16 | Bağlantı

Önceden teşekkür ederim, çocuklara çok bilgi verecek şey yapmışsınız hem de ödevlerini yapacak şey teşekkür ederim.

sahin | 19 Mayıs 2010 - 11:01 | Bağlantı

Slm bir sorum olacaktida size Turkoloji mezunlari kpss sinavina turk dili edebiyat ogretmeni olarak girebiler mi yoksa onlar ayrimi acaba ?

hümeyra | 5 Nisan 2011 - 21:31 | Bağlantı

Çok güzel bir site. Teşekkür ederim.

Yorum Yap!

(İletinizi yazmadan önce, lütfen buraya dokunarak uyarıları okuyun!)

Yorum onaylama sistemi etkin; yorumunuzun yayınlanması biraz zaman alabilir.

Yazı Detayı
  • Yazının Bağlantısı: …Türkoloji Makaleleri…
  • Yazının Kategorisi: Türkoloji Makaleleri
  • Yazar:
  • Eklenme Tarihi: 2 Ekim 2007
  • Bu yazıya yapılan yorumları RSS kaynağı ile takibe alın.
  • Bu yazıya kendi sayfanızdan geri izleme yapın.
  • Diğer kaynaklarda arayın:
  • Etiketler:, , , , , , , , , , , , , , ,